Prezident İlham Əliyev Peter Pelleqrinini gələn il Azərbaycanda görəcəyinə ümid etdiyini bildirib

Oxunma vaxtı:26 Saniyə

“Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək”.

Bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.

“Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm”.

Loading

Next Post

Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir

ABŞ-nin Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə ABŞ-nin Ukrayna münaqişəsini sonlandırmaq barəsində təklifini oxumağı məsləhət görüb. Bunu Tramp “Politico”ya verdiyi müsahibədə bildirib. “Zelenski təklifi oxumalıdır. Əgər onlar razılaşmanı oxumurlarsa, Rusiya ilə işləri çətin olacaq, çünki Rusiyanın üstünlüyü var. Onlar daha çoxdurlar və daha güclüdürlər”, – D.Tramp deyib. Avropa ölkələrinin […]