Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı

Oxunma vaxtı:30 Saniyə

Azərbaycanda azyaşlı qıza əxlaqsız təklif olunub.

Bu barədə “Qadın və Uşaq Sığınacağı” sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, rayonlarında birində valideynləri boşandıqdan sonra Zəhra (ad və soyad şərti) adlı qız anası ilə qalıb. Bir müddət sonra anası onu 40-50 yaşlarında bir kişiyə təhvil verib. Bu zaman ana həmin kişi ilə “onunla nə edərsən, et” deyə razılaşıb.

Həmin kişi də 1 ay sonra azyaşlı qıza bədənini satmağı və qazandığı pulları aralarında bölməyi təklif edib. Bunu eşidən qız qollarını kəsərək Bakıya qaçıb. Bakıda onu Abşeron rayon Polis İdarəsinin əməkdaşları xilas edərək, sığınacağa yerləşdiriblər.

Hazırda azyaşlıya sığınacaqda psixoloji yardım göstərilir.

Loading

Next Post

Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH

Fransa, daha doğrusu onun prezidenti Emmanuel Makron hər vəchlə Azərbaycanla münasibətləri korlamağa çalışır. Az qala, bütün Yelisey sarayı ölkənin problemlərini bir kənara qoyaraq Ermənistanı və onun məsələlərini prioritet kimi götürüb. Afrikadakı keçmiş müstəmləkələrindən biabırcasına qovulan dövlət daxili və xarici problemlərin məngənəsində çabalasa da, nə hikmətdirsə, rəsmi Paris üçün ön sırada […]