Şabranda qatarla traktor toqquşub, ölən var

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Şabranda qatarla traktor toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

<strong>Laçın yolundakı aksiyanın 104-cü günü</strong>

Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 104 gündür davam edir. Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edir. Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, […]