“Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir” – Rəsmi Bakı

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Fransa Prezidenti Emmanuel Makrona istinadən yayılmış qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Bu fikirlər iyunun 30-da Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayonun diqqətinə çatdırılıb.

Diplomata bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Loading

Next Post

2 sərbəst güləşçimiz yarımfinala YÜKSƏLDİ

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib. 57 kq-da Ruslan Abdullayev, 70 kq-da isə Cavidan Əhmədov finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, türkiyəli Tolqa Özbek və İbrahim Yaprakla qarşılaşacaqlar. Bu gün xalça üzərinə çıxan digər sərbəst güləşçilərdən 65 kq-da Ramik […]