Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə


Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, deputatlar Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA), Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Parlament Assambleyasının (ATƏT PA), Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində seçki prosesini izləyəcəklər.

Səfər müddətində deputatlar seçki məntəqələrində yaradılmış şərait və hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermənin gedişatını və vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.

Loading

Next Post

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsir mübadiləsi aparıb. Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Rusiya 103 rusiyalı hərbi qulluqçunu geri qaytarıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsirini təhvil verib.