Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub

Oxunma vaxtı:30 Saniyə

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub.

Doğrusöztv.Az bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 01 yanvar 2020-ci il tarixindən etibarlıq müddəti bitmiş və ya sonra bitən pasportlarının etibarlıq müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

Xahiş olunur nəzərə alasınız ki, etibarlıq müddəti bitmiş pasport ilə beynəlxalq sərhədləri keçmək mümkün deyil.

Bunu nəzərə alaraq, Azərbaycana səfər edəcəyiniz halda, Səfirlik vasitəsi ilə qayıdış şəhadətnaməsi üçün müraciət etməyiniz xahiş olunur. Daha ətraflı məlumat üçün : https://washington.mfa.gov.az/en/content/133/umumi-melumat

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq. Doğrusöztv.Az-ın məlumatına görə, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb. Açıqlama belə davam edir: “Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan […]