Bakının bir sıra yollarında tıxac yaranıb – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Xətai prospekti, “Şərq bazarı” istiqamətində; 5. Yusif Səfərov […]

Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri, dövlət başçılarının işğaldan azad […]

UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək

Mütləq Döyüş Çempionatının (UFC) super yüngül çəki dərəcəsində çempionu, gürcü idmançı Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə […]

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir – YENİLƏNİB

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir Bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib. Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması […]

Ötən ay 38 aptekdə yoxlama keçirilib, dördündə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) may ayında 38 aptekdə planlı yoxlama keçirib. Bu barədə Mərkəz məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, digər şəhər və rayonlarda isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub. Yoxlamalar zamanı dörd aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan […]

QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir. A. […]

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq – SƏRƏNCAM

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN edilə bilər

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır.  Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər […]

Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq. Bu barədə Milli Olimpiya Komitəsi MOK-un mətbuat xidməti məlumat yayıb. Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək. “Həmrəy olaq, qanımızla […]

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib. İlyas Adıgözəlli 87 yaşında dünyasını dəyişib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onun vəfatı ilə bağlı başsağlığı verib. “Əməkdar jurnalist İlyas Adıgözəllinin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, – qeyd edilib.