Bakının bir sıra yollarında tıxac yaranıb – SİYAHI

Oxunma vaxtı:36 Saniyə

Bakının bir sıra yollarında tıxac yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda

1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Xətai prospekti, “Şərq bazarı” istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

10. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Lökbatan qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə iyunun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin […]