Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

Oxunma vaxtı:35 Saniyə

Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, 15 iyun – Milli Qurtuluş günü tariximizdə müstəsna yer tutur: “Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tarixi seçimi idi, Ulu öndər zamanın çağırışına cavab vermək bacarığı nəticəsində müstəqil Azərbaycanı qoruyub saxladı: “Ölkəmiz qlobal iqtisadi və siyasi tədbirlərin mərkəzinə çevrildi. Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Heydər Əliyev eyni zamanda bugünkü parlamentin banisidir. Torpaqlarımızın 30 illik işğalınma son qoyulması, Azərbaycanın güclü dövlətə çevrilməsi Heydər Əliyev siyasi xəttinin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Milli Qurtuluş günü ərəfəsində biz Heydər Əliyevin əziz xatirəsini yad edirik. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti gələcəkdə də uğurlara imza atacaq”.

Loading

Next Post

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.