62 ölkədən olan diplomatlar “Laçın Aqro-Sənaye Parkı”nda olublar

Oxunma vaxtı:19 Saniyə

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün “Laçın Aqro-Sənaye Parkı”nda olublar.

Onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.

Loading

Next Post

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb. O qeyd edib ki, zərbələr xüsusilə Nikolayev vilayətinin enerji infrastrukturuna, eləcə də Dnepropetrovsk, Odessa, Sumı, Xerson və […]