Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Oxunma vaxtı:27 Saniyə

Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.

O qeyd edib ki, zərbələr xüsusilə Nikolayev vilayətinin enerji infrastrukturuna, eləcə də Dnepropetrovsk, Odessa, Sumı, Xerson və Donetsk vilayətlərinə endirilib.

“Bu gün Xersonda avtobusa FPV dronu ilə endirilən zərbə nəticəsində xəsarət alan yeddi nəfər zəruri tibbi yardım alır. Təəssüf ki, iki nəfər həlak olub. Hücum zamanı yaralananların hamısı mülki şəxslərdir”, – Ukrayna Prezidenti yazıb.

Loading

Next Post

İranda 2 nəfər dar ağacından asıldı

İran hakimiyyəti İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda ittiham olunan iki şəxsi edam edib.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.  Məlumata görə, “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda günahlandırılan Yaqub Kərimpur və Nasir Bəkrzadə adlı şəxslər qanunla müəyyən edilmiş prosedura uyğun olaraq, ölkənin ali məhkəməsi tərəfindən hökmün təsdiqindən sonra dar ağacından asılıblar.  Kərimpurun […]