Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq.

Bu barədə Milli Olimpiya Komitəsi MOK-un mətbuat xidməti məlumat yayıb.

Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək.

“Həmrəy olaq, qanımızla yaşadaq” adlı aksiya “14 İyun – Beynəlxalq Qan Donorluğu Günü”nə həsr olunub.

Loading

Next Post

Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN edilə bilər

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır.  Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər […]