Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram. İnanıram ki, Laos Xalq […]
Nikaraqua Prezidenti və vitse-prezidenti Azərbaycan liderini təbrik ediblər
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevi təbrik ediblər. Təbrikdə deyilir: “Hörmətli Prezident, əziz Qardaşımız. 28 May – Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan xalqının tarixini, milli kimliyini […]
Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir
Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib. Prezidentin sözlərinə görə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək: “Biz qonşumuz İrandan […]
Ərdoğan ABŞ-a gedə, Tramp Türkiyəyə gələ bilar – Hakan Fidan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəriistisna edilmir.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı da var. “Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri […]
MN: Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır
Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir: “Qarşı […]
Ali Məhkəmə “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Qərar Ali Məhkəmədə baxılan cinayət işi üzrə verilib. İşin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) […]
Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci baş məşqçi ola bilər
“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər. İndiyədək 16 mütəxəssis belə uğura imza atıb. Cari mövsümün həlledici matçında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər. Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə […]
Ərdoğan ABŞ-yə səfər edə bilər
Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməsini istisna etməyib.O, bu barədə “Milliyet” qəzetinə bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var. “Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə […]
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib
Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb. İnstitutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub. “Şagirdlərin lisey və gimnaziyalarda […]
Kürün səviyyəsi 14 sm artıb
Kür çayında suyun səviyyəsi 14 sm artıb. Bu barədə Milli Hidrometeologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 29-u saat 09:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda […]