Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü keçirilir. Bu barədə “Report”un Bişkekə ezam olunan müxbiri xəbər verib.
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib
Baş nazir Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı verib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, avqustun 31-də Azərbaycanın Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb. Məktubda həlak olanların ailələrinə […]
“DSports”: “Sabah” müasir futbol məntiqinə meydan oxuyub
Azərbaycanın “Sabah” klubu müasir futbolda ən sürətli yüksəlişlərdən birinə imza atıb: on ildən az bir müddətdə Bakı klubu ikinci diviziondakı debütündən çempionluq tituluna və UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa qədər yol keçib. Argentinanın “DSports” idman media resursu Azərbaycan çempionunun tarixi uğuruna məqalə həsr edib. “Mütləq yoxluqdan – bir […]
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə […]
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin […]
Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa – ŞƏRH
Dünyanın diqqəti Mərkəzi Asiyaya yönəlib. Bişkekdə (Qırğızıstan) Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının növbəti iclası, o cümlədən təşkilatın yaradılmasının 25-ci ildönümü ilə bağlı Sammit keçiriləcək. Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 20-yə yaxın dövlətin lideri, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak […]
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünə dair paylaşım edilib. Paylaşımı təqdim edirik:
Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur
Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur. Bunu Baş prokuror Kamran Əliyev Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, əməkdaşlığın daha da effektiv və səmərəli olması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilir. Baş prokuror hər iki ölkədə prokurorluq orqanlarının […]
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə 12 iyun 2026-cı il tarixində keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan, habelə həmin imtahandan azad olunan namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə 14 […]