Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

DogruSozTv Az
Oxunma vaxtı:54 Saniyə

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə 12 iyun 2026-cı il tarixində keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan, habelə həmin imtahandan azad olunan namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə 14 sentyabr 2026-cı il tarixindən müsahibələrin keçirilməsinə başlanılacaq.

Müsahibələr Ədliyyə Nazirliyinin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər müqavilə əsasında Nazirliyin Ədliyyə Akademiyasında üç aylıq ilkin icbari hazırlığa və stajkeçməyə cəlb olunurlar.

Nazirliyin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində üç ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.

İlkin icbari hazırlığın sonunda qiymətləndirmədən keçmiş və stajkeçmə planını yerinə yetirmiş şəxslərə Nazirlik tərəfindən şəhadətnamə veriləcək.

Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.