Qazaxda köhnə xalça sexinin ərazisində yanğın olub

Oxunma vaxtı:21 Saniyə

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Loading

Next Post

DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva […]