Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatında qeyd olunub.

Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycanın “Sabah” klubu müasir futbolda ən sürətli yüksəlişlərdən birinə imza atıb: on ildən az bir müddətdə Bakı klubu ikinci diviziondakı debütündən çempionluq tituluna və UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa qədər yol keçib. Argentinanın “DSports” idman media resursu Azərbaycan çempionunun tarixi uğuruna məqalə həsr edib. “Mütləq yoxluqdan – bir […]