Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Paytaxt Ankaranın Elmadağ rayonunda fırtına zamanı ildırımın vurduğu yaşlı kişi həyatını itirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, Balkanlar üzərindən gələn sərin və yağışlı havanın təsiri ilə İstanbul və Ankara başda olmaqla, Türkiyənin bir çox bölgəsində güclü leysan yağışları və fırtına müşahidə olunur. Meteorologiya Baş İdarəsi 35 vilayət üçün xəbərdarlıq […]

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 26-da 41 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 […]

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi […]

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib. O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə […]

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Türkiyənin İstanbul əyalətinin Eyüpsultan rayonunda sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, rayonun Nişança Məhəlləsi Yavədut küçəsində hərəkət edən sərnişin avtobusu ilə avtomobil toqquşub. Avtobus daha sonra dirəyə çırpılıb. Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir. İstanbul əyaləti səhiyyə […]

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək. Bununla bağlı elan olunan tendering qalibi “Qrand Dizayn Konstrakşn” MMC-dir. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC şirkətə 22 milyon […]

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,37 ABŞ dolları və ya 5,84 % azalaraq 102,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 98,33 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Cəbrayılın 4-cü kəndi tikilir – İlin sonunadək köç olacaq

Cəbrayıl rayonunda Böyük Qayıdış proqramı çərçivəsində bərpası davam edən Soltanlı kəndində tikinti işləri yekun mərhələyə yaxınlaşır. Horovlu və Şükürbəyli kəndlərindən sonra Soltanlı kəndi rayon üzrə sakinlərin qayıdışına hazırlanan üçüncü yaşayış məntəqəsidir. Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı da nəzərə alınmaqla, bu, Cəbrayılda bərpa edilərək əhalinin qayıdışına hazırlanan dördüncü kənddir. […]

Qədim şəhərlər niyə yerin altında tikilib – Maraqlı SƏBƏB

Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb. Bir çoxları bunu şəhərlərin müharibələr zamanı dağıdılıb sonradan külək […]

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb. FHN-in müraciətində bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmamasının acı nəticələndiyi təəssüflə bildirilib. “Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx […]