Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,37 ABŞ dolları və ya 5,84 % azalaraq 102,73 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 98,33 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,43 ABŞ dolları və ya 6,11 % azalaraq 98,75 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək. Bununla bağlı elan olunan tendering qalibi “Qrand Dizayn Konstrakşn” MMC-dir. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC şirkətə 22 milyon […]