Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Oxunma vaxtı:29 Saniyə


Paytaxt Ankaranın Elmadağ rayonunda fırtına zamanı ildırımın vurduğu yaşlı kişi həyatını itirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Balkanlar üzərindən gələn sərin və yağışlı havanın təsiri ilə İstanbul və Ankara başda olmaqla, Türkiyənin bir çox bölgəsində güclü leysan yağışları və fırtına müşahidə olunur. Meteorologiya Baş İdarəsi 35 vilayət üçün xəbərdarlıq yayıb.

Ətraflı
Ankaranın Mamak rayonunda güclü yağış nəticəsində yol çöküb və bir avtomobil çuxura düşüb. İbtidai məktəbin divarı uçub, sel suları isə kuryerlərin motosikletlərini sürükləyib. Altındağ rayonundakı Turgut Özal bulvarında yerləşən yeraltı keçidi də su basıb.

İstanbulun Güngören rayonunda isə yeraltı keçid su altında qalıb.

Loading

Next Post

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

[center][img]https://azadmedia.az/uploads/posts/2026-07/1784978502_screenshot_20260725_151856_com_android_chrome_chrometabbedactivity.jpg[/img][/center]Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib. Bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib. Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib. Fatimə Mühacirani […]