Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları və ya 4,82 % azalaraq 95,27 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 93,76 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə […]

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi çempion ola bilməyib. Bununla bağlı 96 illik rekord hələ də dəyişməz qalır. DÇ-2026-da iştirak edəcək 48 komandadan 26-sına xarici baş məşqçi rəhbərlik edəcək. Bu göstərici 4 il əvvəlki turnirlə müqayisədə 26 faiz çoxdur və iştirakçı komandaların 54 faizini təşkil edir. Bəzi […]

Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi […]

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Sankt-Peterburqda “Arsenal” zavodunun yaxınlığında anqarda böyük yanğın baş verib. Yanğın nəticəsində dörd nəfər ölüb. Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb. Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin, anqarda isə […]

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində anqarda 400 kv.m sahədə baş vermiş yanğın yerində dörd nəfərin meyiti aşkar edilib. Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib. “Hadisə yerində dağıntılar təmizləndikdən sonra dörd meyit aşkarlanıb. Onardan ikisi uçmuş hasarın altında, daha ikisi isə anqarda tapılıb”, – mənbə bildirib. Müxtəlif dərəcəli xəsarətlər almış iki nəfər xəstəxanaya […]

Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bitib, 71 890 nəfər qeydiyyatdan keçib. Onlardan 63 927-i nəfəri Azərbaycan bölməsi, 7963 nəfəri isə ingilis bölməsi üçün müraciət edib. I ixtisas qrup üzrə qeydiyyatdandan keçənlərin 22 296 nəfəri Azərbaycan bölməsi, […]

DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər

Polis əməkdaşları tərəfindən ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlik vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada […]

Tramp: Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir

Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Biz nüvə silahının mövcudluğuna heç bir halda yol verməyəcək çox yaxşı sazişin bağlanmasının yekun mərhələsindəyik. Boğaz dərhal açılacaq. O, saziş imzalandıqdan dərhal sonra açılacaq ki, bu da iki-üç gün ərzində baş verə bilər”, – Tramp […]

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,61 % artaraq 100,09 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 98,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]