Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Oxunma vaxtı:24 Saniyə

Rusiyanın Sankt-Peterburq şəhərində anqarda 400 kv.m sahədə baş vermiş yanğın yerində dörd nəfərin meyiti aşkar edilib.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

“Hadisə yerində dağıntılar təmizləndikdən sonra dörd meyit aşkarlanıb. Onardan ikisi uçmuş hasarın altında, daha ikisi isə anqarda tapılıb”, – mənbə bildirib.

Müxtəlif dərəcəli xəsarətlər almış iki nəfər xəstəxanaya yerləşdirilib.

1 500 kv.m sahəyə malik anqarda yanğın ötən gün axşam baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 15 texnikası və 64 nəfər şəxsi heyəti cəlb edilib.

Loading

Next Post

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Sankt-Peterburqda “Arsenal” zavodunun yaxınlığında anqarda böyük yanğın baş verib. Yanğın nəticəsində dörd nəfər ölüb. Bildirilib ki, Mineralnaya küçəsindəki anqarda 8 iyun axşamı başlayan yanğın təxminən 1500 kvadrat metr sahəni əhatə edib. Yanğın 24 saat ərzində söndürülüb. Stansiyadakı Oktyabr Dəmir Yolu infrastrukturuna ziyan dəyib. Çökmüş hasarın altında iki nəfərin, anqarda isə […]