Sahibə Qafarova BƏƏ-yə səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ […]

Xırdalanda anbarda güclü yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik ümumi sahəsi 1000kv.m. olan anbarların birində baş verdiyi […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz […]

Ermənistan Azərbaycana rəsmi dəvət göndərir

Ermənistan COP-17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək. Bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib. Onun sözlərinə görə, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası sammiti ilə bağlı bildirişlər artıq 196 üzv dövlətin hamısına göndərilib. Rəsmi dəvətlər tezliklə göndəriləcək. Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının […]

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – İlhamə Qədirova, Elçin […]

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

Azərbaycanda şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə cərimələr tətbiq ediləcək. Bununla bağlı Prezident İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. Yenilənmiş Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və […]

Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi dəyişib

Prezident İlham Əliyev 8 iyul 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara “Təhsil haqqında” qanuna uyğun […]

Nazir: “Azərbaycan İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir”

Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur: “Qeyd etmək lazımdır ki, Azərbaycan İsrailin enerji […]

Avropa Komissiyası “X”a qarşı yeni araşdırmaya başlayıb

Avropa Komissiyası bu gün “X” platformasının Avropa İttifaqının (Aİ) Rəqəmsal xidmətlər haqqında qanununa (DSA) uyğunluğu ilə bağlı yeni rəsmi araşdırmaya başlayıb. “Report”un Avropa bürosunun komissiyaya istinadən verdiyi məlumata görə, “X”in risklərin idarə edilməsi məsələsi üzrə fəaliyyəti ilə bağlı 2023-cü ilin dekabrında başlanmış araşdırma davam edəcək. Yeni araşdırmada şirkətin “X” platformasında […]

Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib. Sədr çıxışında bildirib ki, bu il APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib. Son iki ildə görülən işlər barədə […]