Sahibə Qafarova BƏƏ-yə səfərə gedib

Oxunma vaxtı:30 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Sahibə Qafarova BƏƏ-yə səfərə gedib

Loading

Next Post

Şəmkirdə yol qəzası olub, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi “VAZ-2110” və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2110″un sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət […]