Üç Avropa ölkəsinin prezidenti Ukraynaya getdi – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Fransa, Almaniya və İtaliya liderləri – Emmanuel Makron, Olaf Şolts və Mario Draqi Ukraynaya səfər ediblər. 

Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat verib.

Telekanal həmçinin siyasətçilərin qatarda masa arxasında qeyri-formal şəraitdə müzakirə apardıqlarının fotosunu da yayımlayıb. 

00:14

Fransa, Almaniya və İtaliya liderləri – Emmanuel Makron, Olaf Şolts və Mario Draqi iyunun 16-da Ukraynaya səfər edəcəklər.

Avropa liderlərinin Kiyevə gəlişini Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri də təsdiqləyib.

Dövlət və hökumət başçıları Avropa Komissiyasının Aİ-yə namizədlik statusu ilə bağlı qərarını açıqlamadan öncə dəstək ifadə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Avropalı diplomatların fikrincə, Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.

Mənbə: “Financial Times”

Loading

Next Post

Paytaxtda sıxlıq olan yolların SİYAHISI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb. Mərkəzdən verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır: 1. Heydər Əliyev prospekti Bakı Olimpiya Stadionunun qarşısından başlayaraq “Asan xidmət”in qarşısına qədər; 2. Bakı-Sumqayıt şosesi “Masazır” dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər Moskva prospekti də daxil olmaqla; 3. […]