SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

DogruSozTv Az
Oxunma vaxtı:45 Saniyə

İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər.

Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibi bildirib.

“Danışıqlar zamanı boğaz sularında hər bir tərəfin payı, həmçinin İran və Omanın gəlirlərinin payı ilə bağlı razılaşmalar əldə olunub. Hörmüz bizim nəzarətimizdədir və Fars körfəzində düşmənin heç bir hərbi gəmisi yoxdur”, – deyə o bildirib və qeyd edib ki, düşmənin bütün döyüş gəmiləri Hörmüz boğazından ən azı 400 kilometr məsafədə yerləşir.

Möhibi vurğulayıb ki, ABŞ münaqişənin dayandırılması haqqında memorandumun şərtlərinə, o cümlədən “bütün cəbhələrdə” döyüşlərin dayandırılması və dəniz blokadasının ləğv edilməsi ilə bağlı müddəalara riayət etməyənə qədər boğaz bağlı qalacaq.

İran XİN daha əvvəl Oman tərəfi ilə Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti dəhlizin yaradılması və marşrutun minalardan birgə təmizlənməsi üzərində iş apardıqlarını bildirib, eləcə də hazırda bağlı olan boğazda gəmiçilik üçün daimi fəaliyyət göstərən dəhlizin yaradılması üzrə müzakirələri davam etdirmək barədə razılığa gəlib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər. Səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verdi. Qeyd olundu ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması […]