Ənvər Həsənovun polis rəisi işlədiyi rayonlarda xidməti fəaliyyəti təqdir olunur

Oxunma vaxtı:1 Dəqiqə, 59 Saniyə

Məlum olduğu kimi, bir neçə gün əvvəl daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq, Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Ağcabədidə məskunlaşmış laçınlı olduğum üçün özümün şəxsi müşahidələrimdən, həmçinin indiyədək rayonda həyata keçirdiyim peşə fəaliyyətimlə bağlı yerli əhali arasında keçirdiyim sorğulara aldığım cavablardan gəldiyim nəticə budur ki, cənab Ənvər Həsənov təhlükəsizliklərini təmin etdiyi və hüquqlarını qoruduğu ağcabədililər tərəfindən həmişə minnətdarlıqla xatırlanacaqdır.

Vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirən cənab Ənvər Həsənov rayonda işlədiyi dönəmdə cinayətkarlıqla mübarizədə qətiyyətli addımlar atıb. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti Ənvər Həsənovun rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görüb, polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirib. Rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.

Ağcabədi rayonunda dələduzluğun qarşısının alınması və gənclərin narkotik maddələrdən cəkindirilməsi, həmcinin rayon gənclərin yüksək təlim tərbiyyədə formalaşmasında polis böyük səylə əmək sərf edib. Rayon polis şöbəsində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilib. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanıb. Vətəndaşlar polisə daha çox arxalanıb, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünüblər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi rayonda iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradıb.

Təsadüfi deyildir ki, Ağcabədi ilə qonşu olan Bərdə rayonunda həmsöhbət olduğum, polisin fəaliyyəti ilə bağlı nə düşündüklərini soruşduğum bərdəlilər Rayon Polis Şöbəsinin yeni rəisinin işindən razılıqlarını bildirir və cənab nazir Vilayət Eyvazova Ənvər Həsənov kimi layiqli, peşəkar bir kadrı Bərdə RPŞ-nə rəis təyin etdiyi üçün minnətdarlıqlarını ifadə edirlər.

Bərdə Rayon Polis Şöbəsinin rəisi cənab Ənvər Həsənovu və onun rəhbərliyi altında xidmət edən Şöbənin şəxsi heyətini 15 iyun  – Milli Qurtuluş Günü münasibətilə təbrik edir, onlara bundan sonrakı xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

İsmayıl Abbasov,

“Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru

Loading

Next Post

Qobu: Polis qarşıya qoyulan tapşırıqların, vəzifələrin öhdəsindən layiqincə gəlir

Ümummilli lider Heydər Əliyevin  müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cəmiyyət həyatının bütün sahələri kimi hüquq-mühafizə orqanları da mükəmməl bir inkişaf yolu keçmişdir. Dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyev  demişdir: “… Polis öz vəzifə borcunu yerinə yetirir, dövlətçiliyin […]
Doğrusöztv.Az WordPress Theme: Seek by ThemeInWP