Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir – Ekspert

Oxunma vaxtı:22 Saniyə

Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və reabilitasiyası prosesində fəal iştirak etməlidir.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu “SouthFive Strategies” Amerika-İsrail təşkilatının prezidenti Ceyson Epşteyn deyib.

C.Epşteyn qeyd edib ki, ümumiyyətlə, azad edilmiş torpaqların bərpası və reabilitasiyası çox vacibdir. Artıq koronavirusun (COVİD-19) geri çəkilməyə başladığı üçün bu məsələlərdə irəliləmək üçün imkan var.

O həmçinin Bakıya səfəri zamanı gördüyü məcburi köçkünlərin yaxın zamanda evlərinə qayıda biləcəklərinə ümid etdiyini bildirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib (FOTO)

11 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetinin təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib. Doğrusöztv.Az bildirir ki, XİN-dən verilən məlumata görə, tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar. Nazir Ceyhun […]