
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cəmiyyət həyatının bütün sahələri kimi hüquq-mühafizə orqanları da mükəmməl bir inkişaf yolu keçmişdir. Dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: “… Polis öz vəzifə borcunu yerinə yetirir, dövlətçiliyin keşiyində durur… Mən bu gün də Azərbaycan polisini dəstəkləyirəm, polisin inkişafı üçün bütün lazımi tədbirləri görürəm. Həm polisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün, həm sosial problemlərinin həlli üçün və həm də cəmiyyətdə nüfuzunun qaldırılması üçün.”
Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində quran şərəfli polis zabitlərindən biri də Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi cənab Samir Qayıbovdur.
Xidmət etdiyi dövrdə peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində çalışan, bilik və təcrübəsini artıran Samir Qayıbov çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etmiş, hər zaman peşəkarlığı və davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərmişdir. O, Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrinə həmişə sadiq olmuşdur.
Polisin əhali arasında qazandığı inam və etmadın, nüfuzun artırılmasında Abşeron RPİ-nin Qobu PB-nin rəisi cənab Samir Qayıbovun və PB-nin şəxsi heyətinin xüsusi payı var. PB-nin şəxsi heyəti Daxili İşlər naziri Vilayət Eyvazovun tövsiyə və tapşırıqları əsasında öz vəzifə borclarini yerinə yetirməzdən əvvəl qüdrətli Azərbaycan Respublikasının ləyaqətli vətəndaşı olmaq kimi bir vəzifəni reallaşdırırlar.
Şöbənin şəxsi heyəti qanunun aliliyinin təmin edilməsi, ictimai asayişin qorunması və cinayətkarlığa qarşı amansız mübarizə aparılması ilə yanaşı, sadə insanların polisə güvənməsini, ona etimad göstərməsini də təmin edirlər.
Qobu polisi vətəndaşlardan daxil olan müraciətlərə, ayrı–ayrı ünvanlardan daxil olan siqnallara həssas yanaşır, bəzi məlumatlarla əlaqədar təcili tədbir görülməsi üçün tapşırıqlar verilir, hər bir cinayətin isti izlərlə açılmasına ciddi münasibət göstərilir.
PB-nin şəxsi heyətinin qarşıya qoyulan tapşırıqların, vəzifələrin icra edilməsi üçün kifayət qədər gücləri, peşəkarlıqları vardır. Çünki bunun üçün şöbədə sağlam mühit, qarşılıqlı inam, polisə xas olmalı mübarizliyin vəhdəti var.
Kərim Babayev
![]()
