Oljas Süleymenov İlham Əliyevi təbrik etdi

Oxunma vaxtı:38 Saniyə

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevi təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Bu günlərdə Azərbaycanın dostları Azərbaycan xalqını Vətənin ərazi bütövlüyünü təbii sərhədlər daxilində öz gücünə bərpa etməsi münasibətilə təbrik edirlər. 8 Noyabr Azərbaycanın müasir tarixində ən parlaq, ümummilli bayrama çevrilib. Keçmiş SSRİ respublikalarının çoxu müstəqillik əldə edəndə ciddi, bəziləri isə həlledilməz problemlərlə üzləşmişdi. Siz Ali Baş Komandan kimi Azərbaycanın əsas problemini müvəffəqiyyətlə həll etməyə nail oldunuz. Bu Qələbə erməni xalqının yeni nəsillərinə də çoxdan köhnəlmiş, təhlükəli fobiyalardan xilas olmağa, qonşularla əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində yaşamağa imkan verəcək.

Azərbaycana səmimi-qəlbdən sülh və tərəqqi, dahi Heydər Əliyevin oğluna və onun ailəsinə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Şuşa döyüşləri İkinci Qarabağ […]