Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Oxunma vaxtı:24 Saniyə

ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazındakı gəmilərə hücumları davam etdirəcəyi təqdirdə İranı ölkənin infrastruktur obyektlərinə zərbələr endirməklə hədələyib.

Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bundan sonra İran hər dəfə Hörmüz boğazındakı gəmini raket, pilotsuz uçuş aparatı və ya istənilən digər qurğu, yaxud silah növü ilə atəşə tutacağı zaman ABŞ zərbələr endirəcək və Tehranın yaxınlığında və ya paytaxtda yerləşən obyektlər də daxil olmaqla körpü və ya elektrik stansiyasını məhv edəcək”, – Tramp yazıb.

Loading

Next Post

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulatortibb məntəqələrində yeni […]