Tanınmış hakimlər təqaüdə göndərilir

Oxunma vaxtı:20 Saniyə

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki tanınmış hakimi təqaüdə göndərilir.

Onlar Əhməd Quliyev və Mahmud Ağalarovdur.

Yaş həddi ilə bağlı artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hazırda araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətlərini tamamlayacaqlar.

Qeyd edək ki, 65 yaşlı Ə.Quliyev və M.Ağalarov uzun illərdir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləridir. Onların icraatında ölkə gündəmində olan bir çox səs-küylü məhkəmə işləri olub.(Qafqazinfo)

Loading

Next Post

Ölkədəki işsizlərin sayı - Açıqlandı

2024-cü il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5250,9 min nəfərdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Onlardan 4964,1 min nəfərini məşğul əhali təşkil edib. Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1725,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,7 min nəfər, […]