Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

DogruSozTv Az
Oxunma vaxtı:46 Saniyə

Misli Premyer Liqasının II turuna bu gün start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Qəbələ” evdə “Şəfa” ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək qarşılşamanı İnqilab Məmmədov idarə edəcək.

Günün son matçında “Zirə” doğma arenada “İmişli”ni qəbul edəcək. Əli Əliyevin baş hakim olacağı görüş saat 20:45-də başlayacaq.

Misli Premyer Liqası

I dövrə, I tur

22 avqust

18:30. “Qəbələ” – “Şəfa”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ şəhər stadionu

20:45. “Zirə” – “İmişli”

Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın isə “Kəpəz”lə görüşləri təxirə salınıb.

Loading

Next Post

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Təkanların dərinliyi 63 km, maqnitudası 3,3 olub.