Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək

Oxunma vaxtı:24 Saniyə

Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub.

Bu barədə Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək.

Loading

Next Post

İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib. Məktubda bildirilib: “Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz […]