İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Oxunma vaxtı:35 Saniyə


Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib.

Məktubda bildirilib:

“Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ nəticəsində 1700 nəfərdən çox insan həlak olub.

Loading

Next Post

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

Bu gün Azərbaycanla İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabında paylaşım olunub. “Bu gün Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərdə bu mühüm mərhələ münasibətilə səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda qeyd olunur.