Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar

Oxunma vaxtı:30 Saniyə

Ölkəyə narkotik vasitə gətirənlər saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvarda rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən
ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməli planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Loading

Next Post

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb. “Tengrinews” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb. Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir. Təyyarədə iki ekipaj üzvü olub. Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.