Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Oxunma vaxtı:26 Saniyə

Bakıda keçirilən WUF13 çərcivəsində gün ərzində 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Bu barədə Prezident İlham Əliyevə Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, ayrılan ərazidə müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Loading

Next Post

Cəbrayılda siqaret istehsal ediləcək

“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib. Məlumata görə, yeni rezident adından göründüyü kimi tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda […]