Cəbrayılda siqaret istehsal ediləcək

Oxunma vaxtı:28 Saniyə

“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib.

Məlumata görə, yeni rezident adından göründüyü kimi tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

“Araz Vadisi İqtisadi Zonası”nda 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar indiyə qədər Sənaye Parkına 48,3 milyon manatdan çox investisiya qoyub, 130-dan artıq iş yeri yaradıb.(“Report”)

Loading

Next Post

Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib

Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin siyahısı”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərarla siyahıdan elektron siqaretlər çıxarılıb, əvəzində nikotin tərkibi olmayan elektron siqaretlər siyahıya əlavə edilib.