Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Oxunma vaxtı:25 Saniyə

Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə  “Azərişıq” ASC  məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində iyulun 3-də təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı […]