IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

Oxunma vaxtı:18 Saniyə

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Loading

Next Post

"Qırmızı Xaç" Azərbaycanda fəaliyyətini dayandırır? - AÇIQLAMA

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin bağlanması ilə bağlı məlumat yayılıb. Komitədən bildirilib ki, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda quruma məlumat verib: “Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”(Modern.az)