Rüfət Quliyev bu vəzifəsindən azad edildi

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Deputat Rüfət Quliyev Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifədən azad edilib.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.

Loading

Next Post

1-4 iyunda geomaqnit qasırğası gözlənilir

Hal-hazırda geomaqnit sahəsi sakitdir. Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir. Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may – 1 iyun […]