Premyer Liqa: “Qarabağ” bu gün “Turan Tovuz”la qarşılaşacaq

Oxunma vaxtı:27 Saniyə

Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

“Qarabağ” “Turan Tovuz”la münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.

Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncüdür.

Xatırladaq ki, tura mayın 5-də “Karvan-Yevlax” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha əvvəl “Kəpəz” “Sumqayıt”ı (2:1), “İmişli” “Araz-Naxçıvan”ı (1:0), “Sabah” “Şamaxı”nı (3:0), “Zirə” “Qəbələ”ni (1:0) məğlub edib.

Loading

Next Post

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.