Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub

Oxunma vaxtı:20 Saniyə

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib.

ƏƏSMN-dən verilən məlumata görə, yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Loading

Next Post

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var

Hacıqabulda avtomobil aşıb. “Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobilli Padar Qışlaq kəndi ərazisində aşırdıb. Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu RMX-ya yerləşdirilib. Faktla bağlı […]