Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var

Oxunma vaxtı:18 Saniyə

Hacıqabulda avtomobil aşıb.

“Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobilli Padar Qışlaq kəndi ərazisində aşırdıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu RMX-ya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.

Loading

Next Post

Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir

Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib. “Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən […]