Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu – Yenilənib

Oxunma vaxtı:44 Saniyə

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.

***

Hadisə qəsəbə sakini M.Məmmədova məxsus evdə baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində ev sahibi ilə yanaşı, daha 4 nəfərin vəfat etdiyi, onlardan 3-nün azyaşlı olduğu bildirilir.

Qumbaranın M.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

***

Baş Prokurorluq partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərin birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading

Next Post

Faytonçu Nazim insult keçirdi

Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.  Sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.  O, hazırda özəl xəstəxanalardan birində müalicə alır. N.Pişiyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.(Lent)