Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

Oxunma vaxtı:19 Saniyə

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyində olublar.

Diplomatlar Azərbaycan xalçaçılığının tarixi və tarixi eksponatlarla tanış olublar.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Loading

Next Post

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə baş verən qəzada sürücülərdən biri həyatını itirib. Ötən gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə Mercedesin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib […]