Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Oxunma vaxtı:32 Saniyə

May ayında Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır.

Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq.
Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.
Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.

Loading

Next Post

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Ukrayna ordusu Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü qoruyan 2 hərbi katerə zərbə endirib. “Unian“ Ukrayna ordusuna istinadən xəbər verir ki, zərbə nəticəsində şəxsi heyət arasında itkilər var. “Zərbə nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus “Sobol” patrul gözətçi və “Qraçonok” antidiversiya katerləri vurulub”, – Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir. […]