Vəfa Yaqublu: Sertifikasiya imtahanları müəllimlər arasında sağlam rəqabət yaradır

Oxunma vaxtı:22 Saniyə

10 il sonra məktəblərdə sertifikasiya imtahanlarını yüksək bilikli müəllimlər keçirəcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə deyib.

O bildirib ki, bununla da valideynlər artıq övladları üçün yaxşı məktəb axtarışında olmayacaqlar:

“Bu prosesdə müəllimlər də maraqlıdır. Çünki bu, müəllimlər arasında sağlam rəqabət yaradır. Əvvəl maaşında 10 faiz artım alan müəllim indi öz üzərində işləyərək 35 faiz artıma düşmək istəyəcək. Sağlam rəqabət isə inkişafa aparır”.

Loading

Next Post

DMX rəisi vətəndaş qəbulu keçirəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 20-si saat 15:00-da Bakıda vətəndaş qəbulu keçirəcək. Bu barədə DMX-dən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 19-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qəbula […]