Sabah hava yağmursuz olacaq – PROQNOZ

Oxunma vaxtı:37 Saniyə

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Loading

Next Post

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

8 avqustda imzalanan Vaşinqton Bəyannaməsindən və Azərbaycanın sülhə doğru atdığı real addımlardan sonra Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik müşahidə olunur.Əslində bu dəyişikliklər təsadüfi sayıla bilməz və regionda yaranan mövcud reallıqların diktə etdiyi məcburi transformasiyanın nəticəsidir. Rəsmi İrəvanın yüksək rütbəli məmurlarının verdiyi açıqlamalar, Baş nazir Nikol Paşinyanın Azərbaycana dəfələrlə təşəkkür […]