“Azərpoçt”un rəhbəri işdən çıxıb

Oxunma vaxtı:21 Saniyə

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə “Azərpoçt”un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.

Loading

Next Post

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır. Bunu Baş nazir Nikol Paşinyan bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bəyan edib. “Regionallaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır, bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də […]